2 apreldə Moskvada Ermənistan və Rusiya xarici işlər nazirlikləri arasında iki ölkənin Afrika istiqamətindəki cari xarici siyasət gündəliyi ilə bağlı məsləhətləşmələr keçirildi. Görüşə ER Xarici İşlər Nazirliyinin Yaxın Şərq və Afrika Departamentinin rəhbəri vəzifəsini icra edən Levon Petrosyan və Rusiya Xarici İşlər Nazirliyinin Afrika ilə Tərəfdaşlıq Departamentinin rəhbəri Tatyana Dovqalenko sədrlik ediblər. Bu barədə XİN məlumat verir.
Həmsöhbətlər Afrika dövlətləri, Afrika İttifaqı və digər regional strukturlarla əməkdaşlığın inkişaf perspektivlərini, Afrika ölkələri ilə ticarət-iqtisadi əlaqələrin genişləndirilməsini və humanitar əməkdaşlığın dərinləşdirilməsini, eləcə də Afrikadakı vəziyyəti və təhlükəsizlik məsələlərini müzakirə ediblər.