Hörmüz boğazının bağlanması və bölgədəki neft-qaz obyektlərinin hədəfə alınması səbəbindən artan qlobal enerji böhranı fonunda ABŞ İran neftinə qarşı sanksiyaları müvəqqəti olaraq ləğv etmək qərarına gəlib. ABŞ Maliyyə Naziri ABŞ-ın artıq gəmilərə yüklənmiş İran nefti və neft məhsullarının daşınmasına icazə verdiyini açıqladı.
"Bu neftin Çinə aşağı qiymətlərlə satılması nəzərdə tutulurdu. Sanksiyaların ləğvi onların dünya bazarına çıxmasına imkan verəcək. Söhbət təxminən 140 milyon bareldən gedir", - deyə Skott Besant qeyd edib.
İran neftinin tədarükü üçün lisenziya bir ay müddətində qüvvədə olacaq. Vaşinqton həmçinin neft qiymətlərinin artmasının qarşısını almaq üçün Rusiya neftinə qarşı sanksiyaları müvəqqəti olaraq yumşaldıb.