17-19 mart tarixlərində ER xarici işlər naziri Ararat Mirzoyan Omana işgüzar səfər edəcək. Bu barədə Xarici İşlər Nazirliyi məlumat verib.
Oman Sultanlığının xarici işlər naziri Bədr bin Həməd bin Hamud Əl-Busaidi ilə görüş planlaşdırılır.
ER-in rezident səfirliyinin rəsmi açılışı Omanın paytaxtı Məsqətdə keçiriləcək.
Ərəb ölkələrində akkreditə olunmuş səfirlərin toplantısı da planlaşdırılır.