ABŞ Prezidenti Donald Tramp Fox News-a verdiyi müsahibədə İranın gələn həftə ağır zərbə alacağını bildirib.
Amerika liderinin sözlərinə görə, ABŞ artıq İrana ciddi ziyan vurub və zərərin aradan qaldırılması üçün "illər" lazım olacaq.
Tramp həmçinin G7 liderlərinə İranın "təslim olmağa hazır olduğuna" əminlik verib. "Mən hamımızı təhdid edən xərçəngdən azadam", - deyə Amerika prezidenti bildirib.
Tramp həmçinin Rusiya Prezidenti Vladimir Putinin "İrana bir az kömək etdiyini" etiraf edib. ABŞ prezidentinin sözlərinə görə, Putin bunu ABŞ-ın da Ukraynaya kömək etdiyini düşündüyü üçün edir.