Livanın Al Mayadeen telekanalı öz mənbəyinə istinadən bildirib ki, İran danışıqlara başlamaq üçün ABŞ-dan zəmanət tələb edir.
Kanalın müxbiri bildirib ki, "İran atəşkəslə bağlı bütün vasitəçilik təşəbbüslərini rədd edir, çünki şərtləri var və real zəmanətlər istəyir".
Tehran Vaşinqtondan gələcəkdə hücum etməmək zəmanəti, kompensasiya və nüvə elektrik stansiyalarında tam nüvə yanacaq dövriyyəsinin tətbiqi barədə razılıq tələb edir.
10 martda İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi PBS News-a verdiyi müsahibədə ABŞ ilə danışıqların mümkünlüyünü rədd edərək, ABŞ ilə "çox acı təcrübə" səbəbindən diplomatik əlaqələrin gündəmdə olmadığını vurğulayıb.
ABŞ prezidenti Donald Tramp da öz növbəsində ABŞ-ın İranla əldə etməyə hazır olduğu yeganə razılaşmanın tam təslim olmaq olduğunu açıqlayıb.