Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Polşa Baş nazirinin müavini və xarici işlər naziri Radoslav Sikorski ilə telefon danışığı aparıb. Bu barədə ER Xarici İşlər Nazirliyi məlumat yayıb.
Həmsöhbətlər Yaxın Şərqdəki hadisələri və mövcud vəziyyətin həlli imkanlarını müzakirə ediblər.
Ararat Mirzoyan və Radoslav Sikorski Ermənistan-Polşa tərəfdaşlığının həm ikitərəfli formatda, həm də Aİ platformasında dərinləşdirilməsinin vacibliyini vurğulayıblar. Onlar qarşıdan gələn yüksək səviyyəli səfərlərə və tədbirlərə toxunublar.