Daha əvvəl bildirdik ki, martın 9-da ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Mayamidə keçirilən mətbuat konfransında Tramp Putinlə telefon danışığını ümumilikdə yaxşı və Ukrayna böhranının həlli baxımından müsbət qiymətləndirib.
ABŞ prezidenti əlavə edib ki, söhbət zamanı Putin İranla münaqişənin həllinə kömək etməyə hazır olduğunu bildirib. Lakin Amerika lideri Rusiyanın İran münaqişəsindən daha çox Ukrayna münaqişəsinə diqqət yetirməsinin vacib olduğunu vurğulayıb.
Trampın sözlərinə görə, Rusiya prezidenti ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarından təsirlənib.