Hansı media qurumlarını siyasi məlumat əldə etmək üçün ən etibarlı hesab edirsiniz? Beynəlxalq Respublikaçılar İnstitutunun Sorğu Tədqiqat Mərkəzi tərəfindən dərc edilən məlumatlara görə, vətəndaşlar İctimai Birinci Kanalı ən etibarlı media mənbəyi hesab ediblər. Respondentlər 2 cavaba qədər cavab vermək imkanına malik olublar.
Müvafiq olaraq, respondentlərin 24 faizi İctimai Birinci Kanalı siyasi məlumat əldə etmək üçün ən etibarlı media mənbəyi hesab edir, 6 faizi ikinci cavab olaraq İctimai Birinci Kanalı göstərib.
Birinci cavab olaraq respondentlərin 10 faizi "Armenia" televiziyasını, 5 faizi "Şant" TV və "Azatutyun"nu, 4 faizi isə "5-ci kanal"ı ən etibarlı media mənbəyi kimi göstərib.
Respondentlərin 29 faizi heç bir media mənbəyini "ən etibarlı" hesab etmədiklərini, 9 faizi isə cavab verməkdə çətinlik çəkdiklərini bildirib.