Bu barədə məlumat NATO-nun rəsmi saytında dərc edilib. Qeyd olunur ki, Hamilton alyansın bu iki vacib bölgədəki siyasətinə cavabdehdir.
O, həmçinin NATO-nun Siyasi Məsələlər və Təhlükəsizlik Siyasəti Bölməsində Tərəfdaşlıq üzrə Baş Katibin müavini köməkçisidir.
Kevin Hamilton 2023-cü ildən 2026-cı ilə qədər Kanadanın Türkiyədəki səfiri, eyni zamanda Kanadanın Gürcüstan və Azərbaycandakı səfiri vəzifəsini tutub. 2016-cı ildən 2020-ci ilə qədər o, Kanadanın Rumıniya, Bolqarıstan və Moldovadakı səfiri olub.