Martın 3-də Ermənistanın ABŞ-dakı səfiri Narek Mkrtçyan Norveçin ABŞ-dakı səfiri Anniken Krutnes ilə görüşüb. Bu barədə Ermənistanın ABŞ-dakı səfirliyi məlumat verib.
Eyni gün səfir həmçinin İslandiyanın ABŞ-dakı səfiri Svanhildur Olm Valsdotir ilə görüşüb.
Görüşlər zamanı səfir Mkrtçyan Ermənistanla Azərbaycan arasında bərqərar olmuş sülhə toxunub və həmkarlarına Ermənistan-ABŞ ikitərəfli gündəliyini təqdim edib.
Görüşdə həmçinin Ermənistan-Norveç və Ermənistan-İslandiya münasibətlərinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub.