Bu gün Ermənistan və Azərbaycan arasında iqtisadi əlaqələr Gürcüstanın dəstəyi və köməyi ilə qurulur və bu, bizim tərəfimizdən yüksək qiymətləndirilməlidir və qiymətləndirilir. Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə birgə bəyanatda bildirib və Ermənistan və Gürcüstan arasında iqtisadi əməkdaşlığın da dərinləşdiyini və bunun artıq formalaşmış ənənələr üzərində qurulduğunu vurğulayıb.
“Heç kimə sirr deyil ki, Gürcüstan erməni turistləri üçün ən sevimli yerlərdən biri olub, indi də belədir və bu, davam edir və biz Ermənistandan Gürcüstana səfərlərin artdığını görməkdən məmnunuq. Bu, bizim aktiv siyasi əməkdaşlığımızın çox vacib ifadəsidir”, - deyə o bildirib.
Paşinyan həmçinin Gürcüstanın ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyinə əsaslanaraq regionda uzunmüddətli sabitlik və sülhün bərqərar olması amilinə də önəm verib.
“Ermənistan və Azərbaycan məhz bu təməl üzərində sülh qurub və qurmaqdadır. İnanıram ki, bu, həqiqətən də regionumuz üçün tarixi bir fürsətdir.
Arzu etmək istərdim ki, bu davamlı sülh və nizamlanma Gürcüstanda da baş versin və burada birbaşa deməliyəm ki, biz buna çox maraqlıyıq, çünki regionumuzun çətin tarixi taleyinin öhdəsindən gəlmək üçün böyük bir fürsət olduğunu görürük. Ümid edirik ki, bu fürsətdən istifadə olunacaq”, - deyə o bildirib.