Ərəbistan dənizində USS Abraham Linkoln yaxınlığında İran pilotsuz təyyarəsi müşahidə edilib.
İranın cənub-şərqindən buraxılan pilotsuz təyyarə Oman körfəzi üzərindən uçaraq Ərəbistan dənizinə, Oman sahillərinin şərqinə doğru yönəlib.
USS Abraham Linkoln Ərəbistan dənizində, İran sahillərindən təxminən 780 kilometr və Oman sahilindəki Duqm şəhərindən 250 kilometr cənub-şərqdə yerləşir.
3 fevralda ABŞ-ın F-35C qırıcı təyyarəsi Ərəbistan dənizində təyyarədaşıyan gəmiyə yaxınlaşan İranın Şahid-139 pilotsuz təyyarəsini vurub.