İranın xarici işlər naziri Seyid Abbas Əraqçi Maskatda keçiriləcək danışıqlardan əvvəl ölkəsinin diplomatik öhdəliklərini vurğulayan bir açıqlama verib.
Nazir sosial mediada yazıb: "İran diplomatik danışıqlara açıq gözlə və ötən ilki hadisələrin güclü xatirəsi ilə yanaşır. Biz vicdanla hərəkət edirik və hüquqlarımızı qətiyyətlə müdafiə edirik. Öhdəliklər yerinə yetirilməlidir. Bərabər hüquqlar, qarşılıqlı hörmət və qarşılıqlı maraqlar ritorika deyil, zərurət və sabit bir razılaşma üçün əsasdır".
Əvvəllər İran xarici işlər nazirinin Omanın paytaxtında keçiriləcək danışıqlarda İran nümayəndə heyətinə rəhbərlik edəcəyi bildirilirdi.