ABŞ-ın Hindistandakı səfiri, Ağ Evin Cənubi və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Serjio Qor Bişkekdə keçirilən biznes forumunda Donald Trampın Mərkəzi Asiyanın, o cümlədən qlobal qarşılıqlı əlaqə baxımından əhəmiyyətini qəbul etdiyini bildirib. Qorun sözlərinə görə, 8 avqustda Vaşinqtonda Ermənistan və Azərbaycan arasında keçirilən tarixi sülh sammitindən bəri Amerika tərəfi TRIPP layihəsini təşviq edir.
Səfir ətraflı olaraq bildirib: "Bu, Mərkəzi Asiyadan Cənubi Qafqaz vasitəsilə Qərbə maneəsiz tranzit əlaqəsinin təmin edilməsinə kömək edəcək".
Onun sözlərinə görə, bu, güclü, qarşılıqlı əlaqəli iqtisadiyyatların qurulması və regionda sülhün bərqərar olması istiqamətində tarixi bir addımdır.