Estoniya xarici işlər naziri Marqus Tsahkna özünün X mikrobloqunda yazıb ki, Brüsseldə Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla gözlənilməz görüş zamanı Ermənistanda Estoniya səfirliyinin açılması məsələsini müzakirə ediblər.
Estoniya xarici işlər naziri yazıb: “Brüssel insanları bir araya gətirmək üçün unikal bir qabiliyyətə malikdir. Əziz dostum, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla gözlənilməz görüş keçirdim. Bu il Yerevanda Estoniya səfirliyinin açılışında yenidən görüşəcəyik”.
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan estoniyalı həmkarının paylaşımına cavab verib: “Əziz dostum Marqus Tsahkna ilə görüşmək həmişə xoşdur. İstər rəsmi, istərsə də gözlənilməz görüş olsun, tərəfdaşlığımızı inkişaf etdirmək üçün qarşılıqlı maraq doğuran bir mövzu tapırıq. Sizi Yerevanda, o cümlədən Estoniya səfirliyinin açılışında salamlamağı səbirsizliklə gözləyirəm”.