ABŞ-ın Yuta ştatına işgüzar səfəri çərçivəsində Ermənistanın ABŞ-dakı səfiri Narek Mkrtçyan ştat Senatının açılış iclasına fəxri qonaq kimi dəvət edilib. Bu barədə səfirlik məlumat verir.
Respublikaçı senator Maykl Makkell səfir Mkrtçyanı Senat üzvlərinə təqdim edib. Giriş nitqində senator Makkell 8 avqust 2025-ci il tarixli Vaşinqton Bəyannaməsinə istinad edərək, onu regional sülhün möhkəmləndirilməsi istiqamətində mühüm addım kimi qeyd edib.
Senator MakKell xüsusilə Baş nazir Nikol Paşinyanın sülh prosesindəki rolunu vurğulayıb və bunun təqdirində Baş nazirə 2026-cı il İnsan Qardaşlığı üzrə Zayed Mükafatının verilməsini də qeyd edib.
Senat sədri Stüart Adams səfiri salamlayaraq Ermənistanda demokratiyanın inkişafında əhəmiyyətli irəliləyişi qeyd edib və vurğulayıb ki, ABŞ Ermənistanda demokratiyanın möhkəmlənməsini alqışlayır və demokratik dəyərlərin bütün dünyada yayılmasını dəstəkləməyə davam edəcək.