Türkiyə və Azərbaycan xarici işlər nazirləri telefon danışığı aparıblar. Hakan Fidan və Ceyhun Bayramov Türkiyə ilə Azərbaycan arasında ikitərəfli münasibətləri, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Onlar regional təhlükəsizlik və Yaxın Şərqdəki vəziyyət barədə fikir mübadiləsi aparıblar. Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşma prosesi müzakirə olunub.