ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Valz bildirib ki, Vaşinqton İrandakı vəziyyətlə bağlı bütün variantları nəzərdən keçirməyə davam edir.
O əlavə edib ki, İran hakimiyyəti "İran xalqının iqtisadi əzablarına və azadlıqlarının boğulmasına" görə məsuliyyət daşıyır.
İranın BMT-dəki daimi nümayəndəsinin müavini Qulamhüseyn Dərzi öz növbəsində ABŞ-ı İslam Respublikasındakı vəziyyətin qeyri-sabitləşməsində birbaşa iştirak etməkdə günahlandırıb.
Dərzi deyib: "Birləşmiş Ştatlar özünü İran xalqının dostu kimi təqdim etməyə çalışır, eyni zamanda, sözdə "humanitar" bəhanə ilə siyasi qeyri-sabitlik və hərbi müdaxilə üçün zəmin yaradır".
O əlavə edib ki, Tehran Vaşinqtonun "hər hansı bir təcavüz aktına" mütənasib şəkildə cavab verəcək.