İqtisadiyyat Nazirliyinin Turizm Komitəsi sosial şəbəkədə nüfuzlu beynəlxalq jurnal olan "The New York Times"ın məqaləsini dərc edib. Məqalədə Ermənistanın 2026-cı ildə tövsiyə olunan səyahət istiqamətləri siyahısına daxil edildiyi və dünyanın ən yaxşı istiqamətləri arasında 20-ci yerdə olduğu qeyd olunub.
"Bu, bir daha təsdiqləyir ki, Ermənistan qədim mədəniyyəti, zəngin şərab ənənələri və unikal təbiəti ilə cəlbedici bir yerdir.
2026-cı ildə Ermənistanı kəşf edin", - deyə komitənin yaydığı postda bildirilir.