ABŞ dövlət katibi Marko Rubio prezident Donald Tramp administrasiyasının xarici siyasət uğurlarına yekun vuraraq, ABŞ prezidentinin səkkiz müharibəyə son qoyduğunu qeyd edib. Rubio Ermənistan və Azərbaycana da toxunub.
"Azərbaycanla Ermənistan arasında müharibə başlasaydı, dəhşətli olardı. Amma biz bunu həll etdik", - Rubio qeyd edib.
Digər həll edilmiş münaqişələr arasında ABŞ dövlət katibi Hindistan-Pakistan, Kamboca-Taylandı və Qəzza zolağında dayandırılmış münaqişəni qeyd edib.
Rubio ABŞ-ın digər nailiyyətləri arasında NATO-da müdafiə xərclərinin ölkələrin ÜDM-nin 5 faizinə çatdırılmasını, ABŞ Dövlət Departamentinin və Beynəlxalq İnkişaf Agentliyinin islahatlarını, narkotik kartelləri ilə mübarizəni və sərhədlərin möhkəmləndirilməsini xüsusi qeyd edib.