8-12 dekabr tarixlərində müdafiə nazirinin müavini Arman Sargsyanın rəhbərliyi ilə ER Müdafiə Nazirliyinin nümayəndələri Cenevrədə Cenevrə Təhlükəsizlik Sektorunun İdarə Edilməsi Mərkəzi (DCAF) tərəfindən təşkil edilən "Ermənistanda Təhlükəsizlik Sektorunun İdarə Edilməsi və Nəzarətinin Təşviqi" adlı tədbirdə iştirak ediblər.
Bu barədə ER Müdafiə Nazirliyi məlumat verib.
Tədbirin məqsədi beynəlxalq normalara, dəyərlərə və təcrübələrə uyğun olaraq təhlükəsizlik və müdafiə idarəçiliyi, silahlı qüvvələrdə insan hüquqlarının və fundamental azadlıqların qorunması, insan hüquqları təhsili, eləcə də demokratik nəzarət sahələrində qarşılıqlı anlaşma və əməkdaşlığı dərinləşdirmək idi.
Ermənistanın təhlükəsizlik sektorunda həyata keçirilən islahatlarla bağlı məsələlər müzakirə edildi və bir sıra ölkələrin bu sahədəki ən yaxşı təcrübələri təqdim edildi.