UNEA-7 çərçivəsində ətraf mühit naziri Hambardzum Matevosyan Aİ-nin ətraf mühit, su, davamlılıq və təkrar emalı iqtisadiyyatında rəqabətlilik üzrə komissarı Cessika Rosvalla görüşüb.
Görüş zamanı sentyabr ayında Nyu-Yorkda aparılan müzakirələr nəticəsində əldə olunmuş razılaşmaların icrası müzakirə edilib, əlavə səylər tələb edən sahələrə toxunulub.
Xüsusilə ətraf mühitin mühafizəsi, su ehtiyatlarının səmərəli idarə edilməsi və davamlılıq gündəliyi çərçivəsində birgə təşəbbüslərin təşviqi baxımından əməkdaşlığın davamlılığı vurğulanıb. Bu barədə Ermənistan Respublikasının Ətraf Mühit Nazirliyi məlumat yayıb.
COP17-nin təşkilati prosesinə xüsusi diqqət yetirilib. Tərəflər gözlənilən işlərin əsas mərhələlərini, hazırlıq prioritetlərini və səmərəli, şəffaf və əlaqələndirilmiş prosesi təmin edəcək mexanizmləri müzakirə ediblər.
Nazir Ermənistanın tərəfdaşların geniş cəlb edilməsi, aydın iş gündəliyi və qrafikə riayət etməklə COP17-yə hazırlıq işlərinin aparılmasına dair baxışını təqdim edib.
Ermənistanın əldə olunmuş razılaşmaları konkret fəaliyyətə çevirərək, ətraf mühitin mühafizəsi, davamlı inkişaf və resursların məsuliyyətli idarə edilməsi istiqamətində birgə səyləri gücləndirməklə fəal dialoq və əməkdaşlığı davam etdirməyə hazır olduğu təsdiqlənib.