Dekabrın 2-də səfir Narek Mkrtçyan ABŞ-ın Hindistana yeni təyin olunmuş səfirini və ABŞ-ın Cənubi və Mərkəzi Asiya üzrə xüsusi elçisi Serjio Qoru səfirlikdə qəbul edib. Bu barədə Ermənistan Respublikasının ABŞ-dakı səfirliyi məlumat yayıb.
Həmsöhbətlər TRIPP layihəsinin əhəmiyyətini vurğulayıblar və regionlararası əlaqələrlə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Səfir Qor ikitərəfli və qarşılıqlı maraq doğuran regional məsələlər üzrə əməkdaşlığa hazır olduğunu bildirib.
Səfir Mkrtçyan Serjio Qoru yeni vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.