Genişlənmə üzrə Avropa Komissarı Marta Kos bildirib ki, AB Ermənistanda TRIPP layihəsini daha geniş kontekstdə, Mərkəzi Asiyanı Avropa ilə birləşdirəcək bir yol kimi nəzərdən keçirir. Kos qeyd edib ki, AB bu məsələ ilə bağlı Vaşinqtonla danışıqlar aparır.
“Bizim də öz ideyalarımız var. Türkiyə və Azərbaycanla danışıqlar aparırıq, ona görə də bunu hissə-hissə etməyin mənası yoxdur. Lakin bu baxımdan Amerika Birləşmiş Ştatlarının əməkdaşlığı və ya iştirakı sadəcə 42 kilometrlik dəmir yolunun tikintisindən daha vacibdir”,- Kos qeyd edib.
Avropa komissarıi xatırladıb ki, müzakirələr təkcə bu dəmir yolu ilə deyil, həm də şərq və qərb istiqamətlərində əlaqə təmin edəcək bütün infrastrukturla bağlıdır. Kos vurğulayıb ki, iş hissə-hissə deyil, hərtərəfli aparılmalıdır.