ATƏT Katibliyi Minsk prosesinin başa çatması və onunla əlaqəli strukturların bağlanması ilə bağlı bəyanat yayıb.
“ATƏT Nazirlər Şurasının 1 sentyabr tarixli qərarına əsasən, Minsk prosesinin dayandırılmasını və ona aid strukturların bağlanmasını 30 noyabr 2025-ci il saat 23:59-da başa çatdırıb”, - deyə ATƏT Katibliyi bildirib. Qeyd olunur ki, bu qərar Ermənistan və Azərbaycanın ATƏT-in Finlandiya sədrliyinə birgə müraciəti əsasında qəbul edilib.
"Bütün zəruri inzibati prosedurların başa çatdırılması bağlanma prosesinin başa çatması deməkdir. Bu proses ABŞ prezidenti Donald Trampın iştirakı ilə 8 avqust 2025-ci ildə Vaşinqtonda imzalanmış tarixi birgə bəyannamədən sonra ATƏT-in bütün 57 iştirakçı dövlətinin 1 sentyabr tarixli konsensus qərarını həyata keçirir", - deyə məlumatda bildirilir.