Noyabrın 27-də Ermənistan Respublikası xarici işlər nazirinin müavini Mnatsakan Safaryan NATO baş katibinin qadınlar, sülh və təhlükəsizlik üzrə xüsusi nümayəndəsi İren Fellinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə ER Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşdə NATO ilə əlaqələrin cari gündəliyi və inkişaf perspektivləri müzakirə olunub.
BMT Təhlükəsizlik Şurasının 1325 saylı “Qadınlar, Sülh, Təhlükəsizlik” qətnaməsinin, o cümlədən ER üçüncü Fəaliyyət Planının icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ermənistan Respublikası xarici işlər nazirinin müavini məcburi köçkün qadınların ehtiyaclarının həllinin vacibliyini vurğulayıb.
Tərəflər Ermənistan-NATO əməkdaşlığının dərinləşdirilməsi üçün birgə səyləri davam etdirməyə qarşılıqlı hazır olduqlarını bildiriblər.