Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu regionda kommunikasiya marşrutlarının açılmasına toxunub.
Onun sözlərinə görə, Türkiyə orta dəhlizin mühüm halqasıdır və Azərbaycan, Gürcüstan və Xəzər dənizindən keçən marşrutlar da daxil olmaqla, yükdaşıma potensialını günü-gündən artırır.
Uraloğlu qeyd edib ki, Azərbaycan Naxicevandan Ermənistanla sərhədə qədər dəmir yolu xətti çəkir və Horadizdən Bakıya qədər olan hissə artıq başa çatmaq üzrədir. Türkiyə rəsmisi qeyd edib ki, bu marşrutla həm dəmir yolu, həm də avtomobil nəqliyyatı keçəcək.