Noyabrın 21-də Rostov-na-Donu şəhərinin meri Aleksandr Skryabinin rəhbərlik etdiyi nümayəndə heyəti Erməni Soyqırımı Abidəsini ziyarət etdi. Bu barədə Erməni Soyqırımı Muzey-İnstitutu məlumat verir.
Rusiyadan olan nümayəndə heyətinin üzvləri əbədi məşəlin önünə gül dəstələri qoydular və Erməni Soyqırımının günahsız qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Nümayəndə heyətinin üzvləri Erməni Soyqırımı Muzeyində də olub, daimi və müvəqqəti sərgilərlə tanış olublar.
Daha sonra Rostov-na-Donu şəhərinin meri Aleksandr Skryabin Fəxri Qonaqlar Kitabına ürək sözlərini yazıb.