ER xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Huker ilə görüşüb. Tərəflər Ermənistan-ABŞ strateji tərəfdaşlığının inkişafını müzakirə ediblər. Hər iki tərəf enerji, infrastruktur, süni intellekt və investisiyaların təşviqi də daxil olmaqla qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı dərinləşdirməyə hazır olduqlarını vurğulayıblar.
“Ermənistan-ABŞ ikitərəfli gündəliyinin genişləndirilməsinə, strateji tərəfdaşlığın yeni məzmun və konkret təşəbbüslərlə zənginləşdirilməsinə, eləcə də ABŞ-ın mövcud sülhün ardıcıl şəkildə möhkəmləndirilməsində davamlı iştirakına yönəlmiş siyasi dialoqun aktiv dinamikasını məmnuniyyətlə qeyd edə bilərəm”,- nazir Mirzoyan vurğyulayıb .
8 avqustda Vaşinqtonda əldə edilmiş razılaşmaların həyata keçirilməsi üçün görülən işlərə də toxunulub.
Vaşinqton Sülh Sammitinin simvolik 100-cü gününü nəzərə alaraq, Ararat Mirzoyan və Alison Huker bu dövrdə razılaşmaların həyata keçirilməsi istiqamətində əldə edilən irəliləyişi, eləcə də görüləcək işləri qeyd ediblər.
Onlar “Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu” layihəsinin tikintisi üçün zəruri olan hazırlıq işləri barədə fikir mübadiləsi apardılar.
Sonuncu yolun daha geniş coğrafiyaya malik nəqliyyat və digər kommunikasiya marşrutları şəbəkəsinin inkişafında əhəmiyyəti vurğulandı.
Ararat Mirzoyan və Alison Huker digər regional mövzular barədə fikir mübadiləsi apardılar.