Noyabrın 4-də Dohada keçirilən Sosial İnkişaf üzrə İkinci Ümumdünya Sammiti çərçivəsində ER xarici işlər nazirinin müavini Vahan Kostanyan Qətərin xarici işlər üzrə dövlət naziri Məhəmməd Əl Xulayfi ilə görüşüb. Bu barədə ER XİN məlumat yayıb.
Tərəflər Ermənistan və Qətər arasında inkişaf edən ikitərəfli münasibətləri ətraflı müzakirə edərək, Cənubi Qafqazda regional infrastrukturun blokadasının götürülməsi kontekstində açılan yeni iqtisadi imkanları vurğulayıblar.
Vahan Kostanyan və Məhəmməd Əl Xulayfi Yaxın Şərqdə, xüsusilə Fələstin və Suriyada baş verən hadisələrlə bağlı fikir mübadiləsi aparıblar. Hər iki tərəf Qətərin regional təhlükəsizliyin qorunması kontekstində vasitəçilik səylərini yüksək qiymətləndirib.