Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barro ilə görüşüb.
Nazirlər Ermənistan və Fransa arasında əməkdaşlığın bütün gündəliyini müzakirə ediblər.
Bu barədə ER Xarici İşlər Nazirliyi məlumat yayıb.
Strateji əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində görülən işlər, o cümlədən Ermənistan-Avropa İttifaqı tərəfdaşlığının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Tərəflər çoxtərəfli platforma və formatlarda səmərəli əməkdaşlığın təmin edilməsi təşəbbüslərini də müzakirə ediblər.
Ararat Mirzoyan və Jan-Noel Barrot regional reallıqlara, o cümlədən avqustda Vaşinqtonda əldə olunmuş razılaşmaların həyata keçirilməsinə və mühüm hadisələrə toxunublar.
Qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən hibrid təhdidlərlə mübarizənin effektiv mexanizmləri, eləcə də Yaxın Şərqdə baş verən hadisələr müzakirə edilib.