Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev Düşənbədə keçirilən MDB sammiti çərçivəsində sülhlə bağlı məsələləri müzakirə ediblər. Bu barədə MDB-nin baş katibi Sergey Lebedev dövlət başçılarının görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
"Ermənistanın baş naziri ilə Azərbaycan prezidenti arasında çox isti söhbət olub və sülh və təhlükəsizlik yolunda irəliləyişlə bağlı məsələləri müzakirə ediblər", - Lebedev bildirib.