Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Ukrayna Xarici Kəşfiyyat Xidməti Rusiyanın “kölgə donanması”na aid tankerlərin son günlər Avropa ölkələrinə pilotsuz uçuş aparatların uçuşları ilə bağlı təxribatlarda iştirak etməsi ilə bağlı iddiaları təsdiqləyib.
“Moskvanın sanksiyalardan yan keçərək neft ixracı üçün istifadə etdiyi gəmilər “təxribat və Avropanı sabitliyi pozmaq üçün müxtəlif cəhdlər” üçün istifadə olunur”, - deyə o, müttəfiqlərini daha ayıq və qətiyyətli olmağa çağırıb.
Bir neçə gün əvvəl Ukrayna xarici işlər nazirinin birinci müavini Sergey Kislitsa “The Guardian”a müsahibəsində əməliyyatda Aİ ölkələrində fəaliyyət göstərən rus “agentləri və casuslarının” iştirak etdiyini bildirib.