Parlamentin NATO PA-dakı nümayəndə heyətinin rəhbəri, Parlamentin Müdafiə və Təhlükəsizlik Daimi Komitəsinin sədri Andranik Koçaryan NATO Parlament Assambleyasının illik sessiyasında iştirak etmək üçün oktyabrın 9-13-də Lyublyanaya (Sloveniya Respublikası) ezam olunacaq.
Sentyabrın 26-da Parlamentin spikeri Alen Simonyan bu barədə sərəncam imzalayıb.
Qeyd olunur ki, Parlamentin deputatları Arusyak Julhakyan və Vahaqn Aleksanyan, habelə nümayəndə heyətinin katibi, Parlamentin Aparatının xarici əlaqələr şöbəsinin müşaviri Zabela Qazaryan da Ko,aryanla birlikdə Lyublyanaya səfər edəcəklər.