Sentyabrın 23-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində ER xarici işlər nazirinin müavini Robert Abisoğomonyan BMT baş katibinin qlobal kommunikasiyalar üzrə müavini Melisa Fleminq ilə görüşüb. Bu barədə ER XİN məlumat yayıb.
Görüş zamanı hazırkı həssas geosiyasi şəraitdə dezinformasiya və nifrət nitqinin kəskin artması və onların yeni və çoxşaxəli yayılması yolları ətrafında fikir mübadiləsi aparılıb. Xarici işlər nazirinin müavini rəqəmsal davamlılıq, media savadlılığı və rəqəmsal məsuliyyət sahəsində əməkdaşlığın təşviqinə yönəlmiş beynəlxalq ictimaiyyətin, xüsusilə də BMT və BMT-nin ixtisaslaşmış qurumlarının dəstəyinin vacibliyini vurğulayıb.
Görüşdə potensialın inkişafı sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivlərinə toxunulub. Robert Abisoğomonyan Ermənistanın müasir informasiya texnologiyaları və ictimai kommunikasiyalar sahələrində əməkdaşlığın təşviqinə və təcrübə mübadiləsinə yönəlmiş təşəbbüslərdə iştirak etməyə hazır olduğunu vurğulayıb.