Sentyabrın 21-də keçirilən növbədənkənar qurultayda Özgür Özəl yenidən Türkiyənin ən böyük müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri seçilib. Partiyanın 835 üzvünün hamısı ona səs verib.
Özəlin yenidən seçilməsi ona qarşı açılan məhkəmə prosesi fonunda baş verib. Bundan əvvəl Türkiyədə məhkəmə Özəl-in partiya sədri seçildiyi 2023-cü ilin noyabrında CHP qurultayının nəticələrinin ləğvi məsələsini araşdırmağa başlayıb. CHP hesab edir ki, onun növbəti qurultayda yenidən seçilməsi partiyaya qarşı iddianın hüquqi əsaslarını aradan qaldırmalıdır.
Əgər məhkəmə Cümhuriyyət Xalq Partiyasının (CHP) qurultayının nəticələrini etibarsız hesab edərsə, Özəl vəzifəsindən uzaqlaşdırıla bilər ki, bu da Türkiyədə 2028-ci ildə keçiriləcək prezident seçkilərinin vaxtına təsir göstərə və ölkənin əsas müxalifət partiyasında kadr dəyişikliyinə səbəb ola bilər, Reuters xəbər verir.
Sentyabrın 15-də keçiriləcək məhkəmə iclası öncəsi Ankarada on minlərlə insan küçələrə axışıb. Reuters xəbər verir ki, onlar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı istefaya çağıran şüarlar səsləndiriblər.