ABŞ Prezidenti Donald Tramp avqustun 8-də sosial şəbəkədəki səhifəsində özünün, Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevin Ağ Evdə çəkdirdiyi fotosunu yayaraq yazıb:
"Azərbaycan və Ermənistan arasındakı müharibənin həllinə kömək etmək və eyni zamanda bu iki böyük lider və xalqla, prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanla dost olmaq böyük şərəf idi. Bu, mənim üçün əbədi dostluq olacaq, amma daha vacibi ABŞ üçün".