Sentyabrın 16-da Ermənistan Respublikasının iqtisadiyyat nazirinin müavini Arman Xocoyan Almaniya Federativ Respublikasının Federal Ətraf Mühit və Təbiəti Mühafizə Nazirliyinin nümayəndə heyətinin üzvləri və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) nümayəndələri ilə görüşüb. Bu barədə Ermənistan Respublikasının İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Görüş zamanı, xüsusilə kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, o cümlədən su ehtiyatlarının səmərəli idarə olunması və enerji səmərəliliyi sahələrində ikitərəfli əməkdaşlığın davam etdirilməsi imkanları müzakirə edilib.