Ermənistan Xarici İşlər Nazirliyi İsrailin Dohaya endirdiyi zərbələrə cavab verib.
“Ermənistan Dohada yaşayış məntəqələrinin hədəfə alınmasından dərin narahatdır və regional təhlükəsizlik vəziyyətinin daha da gərginləşməsinin qarşısını almaq üçün bütün iştirakçı tərəfləri təmkinli olmağa çağırır”, XİN-in X səhifəsində deyilir.