Avqustun 22-də Ermənistan Respublikası Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ-ın Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kristina Kuinni qəbul edib. Bu barədə Təhlükəsizlik Şurasının ofisi məlumat yayıb.
Həmsöhbətlər fikir mübadiləsi aparıb və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesində Vaşinqtonda əldə olunan razılaşmaları məmnunluqla qeyd ediblər.
Regional kommunikasiyaların açılmasına da toxunulub, bu çərçivədə Milli Təhlükəsizlik Şurasının katibi blokun açılmasının ölkələrin ərazi bütövlüyü, suverenliyi, yurisdiksiyası və qarşılıqlı münasibəti prinsiplərinə tam hörmət çərçivəsində baş tutacağını vurğulayıb.
Görüş zamanı tərəflər həmçinin Ermənistan-ABŞ ikitərəfli münasibətlərinin gündəmini və atılacaq gələcək addımları müzakirə ediblər.