Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya İttifaqı ölkələrinin Avrasiya Hökumətlərarası Şurasının avqustun 15-də Qırğızıstanda keçiriləcək sessiyasında iştirak etməyəcək.
Baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan 1Lurer.am saytına bildirib ki, Nikol Paşinyan avqustun 12-dən 15-ə kimi məzuniyyətdədir.
Sessiyada iqlim gündəliyinin tənzimlənməsinə yanaşmalar, həmçinin 2024-2026-cı illər üçün Aİİ üzv dövlətlərinin əlaqələndirilmiş nəqliyyat siyasətinin həyata keçirilməsinin əsas istiqamətləri, tədbirlər proqramının modernləşdirilməsi, dərman vasitələrinin ümumi bazarlarının inkişafı konsepsiyasının razılaşdırılması müzakirə olunacaq