Baş nazir Nikol Paşinyan İordaniya Kralı II Abdullah ilə telefon danışığı aparıb. Bu barədə Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan öz Facebook səhifəsində yazıb.
“İordaniya Kralı Ermənistanın baş nazirini avqustun 8-də Vaşinqtonda aparılan danışıqlar nəticəsində Ermənistan və Azərbaycan arasında sülhün təsdiq olunması münasibətilə təbrik edib və prosesi dəstəklədiyini bildirib.
Baş nazir Paşinyan təbrikə görə II Abdullaya təşəkkür edib və əldə olunan razılaşmaların bütün regiona böyük fayda gətirəcəyinə əminliyini bildirib.
Həmsöhbətlər ikitərəfli münasibətləri inkişaf etdirmək və dərinləşdirmək barədə razılığa gəliblər”, o yazıb.