İran prezidenti Məsud Pezeşkian yaxın iki həftə ərzində Ermənistana rəsmi səfər edəcək. Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
Nazir xatırladıb ki, bundan əvvəl prezident Pezeşkian artıq İraq, Pakistan, Azərbaycan və Qətərə səfər edib.
Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 19-da Məsud Pezeşkianla telefon danışığında İslam Respublikasının prezidentini Ermənistana rəsmi səfərə dəvət edib.