ER Maliyyə Nazirliyinin Makroiqtisadi siyasət idarəsinin əməkdaşları, idarənin rəisi Arşaluys Harutyunyanın rəhbərliyi ilə Rusiya Federasiyasında RF Maliyyə Nazirliyinin Elmi-Tədqiqat Maliyyə İnstitutunun nümayəndələri və RF Maliyyə Nazirliyindən olan həmkarları ilə görüşlər keçiriblər. Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
“Səfər zamanı iqtisadiyyatın real sektorunun göstəricilərinin qısamüddətli proqnozlaşdırılması sisteminin, o cümlədən fiskal və büdcə risklərinin qiymətləndirilməsi sisteminin inkişafı çərçivəsində görülən işlər müzakirə edilib.
Təcrübə mübadiləsi zamanı RF Maliyyə Nazirliyinin Büdcə siyasəti və strateji planlaşdırma departamentinin direktoru Yevgeni Dombrovski və Makroiqtisadi siyasət şöbəsinin müdiri İrina Qopta ilə görüşlər keçirilmişdir.
ER Maliyyə Nazirliyində hələ də işlənməkdə olan makroiqtisadi göstəricilərin orta müddətli proqnozlaşdırılması üçün Yarım Struktur Boşluq Modeli/SSGM-nin xüsusiyyətləri, eləcə də RF Maliyyə Nazirliyində nəzərdə tutulan model sisteminin inkişaf istiqamətlərinin xüsusiyyətləri müzakirə edilib”, - məlumatda deyilir.