Avqustun 4-də saat 13:10 radələrində Azərbaycan silahlı qüvvələrinin bölmələri Syunik rayonunun Verişen qəsəbəsindən 4500 metr şimal-şərqdə mövqelərarası avtomobil yollarında tikinti işləri aparan ekskavatoru atəşə tutub. Bu barədə ER Müdafiə Nazirliyi məlumat yayıb.
Xəsarət alanlar yoxdur.
“Biz Azərbaycan tərəfini atışma ilə bağlı araşdırma aparmağa və ictimaiyyətə izahat verməyə çağırırıq”, - MN bəyanatında bildirilir.