UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin fəaliyyəti sentyabrın 3-dən etibarən dayandırılacaq.
Bunu “Report”un sorğusuna cavab olaraq UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə Kommunikasiya İdarəsinin regional rəhbəri İrina Mazur (Iryna Mazur) bildirib.
"UNICEF-in Azərbaycandakı fəaliyyəti 3 sentyabr 2025-ci il tarixində dayandırılacaq. UNICEF Azərbaycandakı tərəfdaşlarla əməkdaşlığını regional ofisi və baş qərargahı vasitəsilə davam etdirəcək",- o qeyd edib.
Qeyd edək ki, iyulun 29-da Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov UNICEF-in Azərbaycandakı nümayəndəsi Saja Farooq Abdullahı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.