9 beynəlxalq təşkilat AbzasMedia-nın həbsdə olan jurnalistlərinə qarşı artan pis rəftarla bağlı bəyanat yayıblar.
Bəyanatı Jurnalistlər üçün Ədalət Fondu (JFJ), Avropa Jurnalistlər Federasiyası (EFJ), Beynəlxalq Mətbuat İnstitutu (IPI), Mətbuat və Media Azadlığı Mərkəzi (ECPMF), Senzuraya Qarşı İndeks (İndex on Cencorship), Jurnalistləri Müdafiə Komitəsi (CPJ), İnsan Hüquqları üzrə Beynəlxalq Tərəfdaşlıq (IPHR), Sərhədsiz Reportyorlar (RSF) və Rory Pek Fondu (RPT) imzalayıb.
Bəyanatda qeyd edilir ki, 2023-cü ilin noyabr ayından bu yana Azərbaycan hakimiyyəti ən azı 25 jurnalisti həbs edib.
Bu həbslər jurnalistlərin gördükləri işə qarşı açıq qisas kimi qiymətləndirilib.
Bundan əlavə bəyanatda deyilir ki, AbzasMedia-nın əməkdaşları həbsdə ağır vəziyyətlə qarşılaşıblar.
Bəyanatda Azərbaycan hakimiyyətindən saxlanılan jurnalistlərə insani və ləyaqətli şəraitin yaradılmasını, onlara dərhal tibbi və hüquqi yardıma çıxış imkanının təmin olunmasını və ölkənin beynəlxalq hüquq öhdəliklərinə əməl etməsini tələb olunub.