Birləşmiş Ştatlar BMT Baş Assambleyasında Fransa prezidenti Emmanuel Makronun Fələstin dövlətini tanımaq planını qətiyyətlə rədd edir. Bunu ABŞ dövlət katibi Marko Rubio özünün X mikrobloqunda yazıb.
"Bu düşünülməmiş qərar yalnız HƏMAS-ın təbliğatına xidmət edir və sülhə zərbədir. Bu, 7 oktyabr hadisələrində həlak olanların üzünə vurulan sillədir", - o yazıb.
Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron Fələstin dövlətini tanımaq qərarını açıqlamışdı.