Baş nazirin müavini Mher Qriqoryan Amerika Birləşmiş Ştatlarının Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kristina Kuinni qəbul edib.
Görüş zamanı tərəflər regional hadisələri müzakirə edib və regionda kommunikasiyaların blokadadan çıxarılması imkanları barədə fikir mübadiləsi aparıblar.
İki ölkə arasında iqtisadi əlaqələrin inkişaf perspektivlərinə də toxunulub.