Sofiyaya işgüzar səfəri çərçivəsində iyulun 18-də ER yüksək texnologiyalar sənayesi naziri Mxitar Hayrapetyan Bolqarıstanın Baş nazirinin müavini Atanas Zafirov ilə görüşüb.
Görüş zamanı tərəflər Ermənistan-Bolqarıstan ikitərəfli əlaqələrinin gedişatını, siyasi, iqtisadi, texnoloji, elmi-texniki sahələrdə gündəliyin genişləndirilməsi və dərinləşdirilməsi imkanlarını müzakirə ediblər. Görüşdə son regional və beynəlxalq hadisələrə, eləcə də qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə toxunulub.
Nazir Hayrapetyan vurğulayıb ki, bu əməkdaşlığın daha da inkişafı iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə böyük töhfə verəcək.